"Mançester Yunayted" futbolçusu Amad Diallonu icarəyə göndərəcək.

Offsideplus.az xəbər verir ki, "Feyenoord" 19 yaşlı fildişi sahilli oyunçunu qışda heyətinə qata bilər. Diallo bu mövsüm "qırmızı-şeytanlar"ın heyətində rəsmi maçta meydana çıxmayıb.

Qeyd edək ki, Diallo bu ilin yanvarında "Atalanta"dan transfer olunub.