"Liverpul" klubu misirli ulduzu Məhəmməd Salahla müqaviləni uzatmaq üçün danışıqları davam etdirir.
Offsideplus.az xəbər verir ki, "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp 29 yaşlı forvardla yeni müqavilənin imzalanmasını əsas prioritet hesab edir.
Qeyd edək ki, 29 yaşlı oyunçunun hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.