Avropa Super Liqasına qoşulan klubları barədə araşdırma başladılıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası turnirə qoşulan 6 ingilis klubundan bütün rəsmi müqavilələri tələb edib. Federasiya məsələ ilə bağlı ediləcək araşdırmalardan sonra ciddi addımlar atılacağını bildirib:
"Hökumət, Premyer Liqa və UEFA ilə görüşlərimiz davam edir. İngilis futbol piramidasını qorumaq üçün, gələcəkdə oxşar təhdidlərin qarşısını alacaq yollar üzərində çalışırıq".
Qeyd edək ki, aprelin 19-da İtaliya, İspaniya və İngiltərədən 12 nəhəng klub Avropa Super Liqasının qurulduğunu açıqlamışdı. Təzyiqlər nəticəsində ilk olaraq İngiltərənin 6 klubu, sonra isə İtaliya klubları liqanı tərk etmişdi. Hazırda Super Liqanın fəaliyyəti dondurulub.