İngiltərə Premyer Liqasının 33-cü turunda "Arsenal" "Everton"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, Mikel Artetanın komandası Karlo Ançelottinin tərəfinə avtoqolla uduzub: 0-1.

Cari mövsüm 9-cu dəfə doğma meydanda məğlub olan "topçular", 91 ildən sonra antirekordunu təkrarlayıb. "Arsenal" sonuncu dəfə 1929/1930 mövsümündə belə nəticə göstərmişdi.

Qeyd edək ki, turnir cədvəlinə 77 xalla "Mançester Siti" başçılıq edir. "Everton" 52 xalla 8-ci, 33 oyuna 46 xal yığan "Arsenal" isə 9-cu pillədədir.

Oyunun icmalını təqdim edirik:

"Arsenal" - "Everton" 0-1 (B.Leno, 76. -avt.)