"Liverpul" "Leyptsiq"in futbolçusu İbraima Konateni əsas transfer hədəfi seçib.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Belə ki, "qırmızılar" bu yay 21 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. 5 illik müqavilə təklif edən "Liverpul" və futbolçu arasında hələ ki, heç bir razılıq əldə edilməyib.
Futbolçunun satış qiyməti tam ödənilərsə, "Leyptsiq" Kanateni sata bilər.