"Mançester Siti" ulduz futbolçusu ilə müqaviləsini yeniləyib.
Offsideplus.az İngiltərə klubunun saytına istinadla xəbər verir ki, Kevin De Brüyne 2025-ci ilin yayına qədər "şəhərlilər"in formasını geyinəcək. Belçikalı yarımmüdafiəçi açıqlamasında xoşbəxt olduğunu bildirib: "Bundan da gözəl xoşbəxtlik ola bilməz. 2015-ci ildə "Mançester Siti"də oynamağa başlayandan özümü evdəki kimi hiss edirəm. Azarkeşləri sevirəm, ailə üzvlərim Mançesterdə məskunlaşıb, oyunumsa günü-gündən inkişaf edir".
Qeyd edək ki, 2015-ci ildə "Volfsburq"u "Mançester Siti"yə dəyişən 29 yaşlı səbəbkar 255 oyunda 65 qol vurub, 105 qolun ötürməsini verib.