Türkiyə millisinin üzvü Çağlar Söyüncünün dünən "Mançester Siti" ilə oyuna (0:2) çıxmamasının səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, matçdan sonra baş tutan mətbuat konfransında "Lester"in baş məşqçisi Brendan Rocers açıqlama verib. Təcrübəli mütəxəssis Söyüncünün koronavirusa yoluxduğunu bildirib.
24 yaşlı müdafiəçi dərhal karantinə alınıb.