"Liverpul" adı "Real"la hallanan Mohamed Salah komandanı tərk edərsə, yerinə gətirəcəyi futbolçunu müəyyənləşdirib.

Offsideplus.az "Sport Bible"yə istinadən xəbər verir ki, "Atletiko"nun mövümün əvvəlində "Barselona"dan heyətinə qatdığı Luis Suarez "qırmızılar"ın hədəfindədir. Hazırda 19 qolla La Liqa bombardirliyi cədvəlində 2-ci olan Suarez "Liverpul"a transfer oluna bilər. 

Qeyd edək ki, Luis Suarez 2011-ci ildə "Ayaks"dan "Liverpul"a keçid etmişdi. Uruqvaylı forvard Premyer Liqa klubunda çıxdığı 133 oyuna 88 qol vurub, 47 məhsuldar ötürmə edib.