"Liverpul" basketbolçu Lebron Ceymslə çalışan "RedBird Capital Partners" şirkəti ilə razılığa gəlib.
Offsideplus.az "The Mirror"a istinadən xəbər verir ki, şirkət anlaşma qarşılığında kluba 626 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ceyms 2011-ci ildən "Liverpul"da 2 faizlik paya (4.7 milyon funt-sterlinq) sahibdir. O, ən son dəyərləndirmələrə əsasən, indi 37 milyon funt sterlinqdən çox paya sahibdir.