İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, azarkeşlər arasındakı səsverməyə əsasən, “Mançester Siti”nin futbolçusu İlkay Gündoğan hər kəsi qabaqlayıb.
Türk əsilli almaniyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada 5 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.