“Arsenal” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Aleksis Sançesin transfer qiymətini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, “topçular” müqaviləsinin müddəti yayda bitəcək hücumçunu indi satmağa qarşı deyillər.

Bunun üçün Sançesi istəyən klub londonlulara 25 milyon funt-sterlinq ödəməlidi. “Arsenal”ın baş məşqçisi Arsen Venger açıqlamasında indiki məqamda Sançesə görə heç bir təklifin gəlmədiyini bildirib. Belə davam edəcəyi təqdirdə, Aleksis yayda azad agent kimi istədiyi kluba keçmək hüququna yiyələnəcək.

Qeyd edək ki, əvvəllər “Udineze” və “Barselona” klublarında da oynamış Aleksis Sançes 2014-cü ildən “Arsenal” üzvüdü.