"Liverpul" azarkeşləri Kilian Mbappenin alınması üçün aksiyaya start verib.

Məqsəd fanatlar arasında ulduz futbolçunun transfer qiyməti dəyərində pul yığmaqdır. 

Offsideplus.az xəbər verir ki, "GoFundMe"də hesab açan mersisaydlılar yaya qədər 250 milyon funt toplamaq  niyyətindədir. Bu haqda məlumat veriləndən sonra artıq 2300 funt yığılıb. Bəyənatda deyilir: "Liverpul"un dünyada 100 milyona yaxın azarkeşi var. Hər kəs bu aksiyaya 2,50 avro ilə töhfə versə, 250 milyon funt rahatlıqla yığılacaq. Mbappeni istəyiriksə, sürəti artırmalıyıq".

Qeyd edək ki, məşhur "Transfermarkt" PSJ-nin formasını geyinən Mbappeni 180 milyon avro dəyərində qiymətləndirir.