"Tottenhem" "Torino"nun oyunçusu Saşa Lukiç ilə yaxından maraqlanır.

Offsideplus.az "Tuttosport"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi baş məşqçi Joze Mourinyonun hədəfindədir. İtaliya A Seriyası klubu "Tottenhem"in bu istəyindən xəbərdar olsa da, transfer danışıqlarına başlamağı düşünmürlər. Belə ki, mümkün transfer müzakirələri yayda baş tuta bilər.

Qeyd edək ki, Saşa Lukiç 2016-cı ildə Serbiya "Partizan"ından "Torino"ya transfer olub.