"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Siti"nin futbolçusu İlkay Gündoğan barədə tərif dolu sözlər deyib.

Offsideplus.az xəbər verir ki, "Arsenal"dan öncə "Siti"də məşqçilik edən Arteta Gündoğanla birlikdə çalışdıqlarını xatırladıb. Mütəxəssis türk futbolçu barədə bu sözləri deyib:

"Düşünürəm ki, artıq komandada daha böyük rol oynayır. Həmişə qol vurmaq bacarığına sahib idi və epizodu tamamlamaq üçün möhtəşəm vaxt və dəqiqliyə sahib futbolçudur".

Qeyd edək ki, İlkay Gündoğan bu mövsüm "şəhərlilər"in heyətində çıxdığı oyunda 11 qola imza atıb.