"Liverpul"un yarımmüdafiəçisi Emre Can karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, türk əsilli alman futbolçu "Yuventus"la anlaşıb. İddia olunur ki, 24 yaşlı oyunçu Turin klubu ilə 5 illik müqavilə imzalanması barədə razılıq əldə edib. Anlaşma ilə bağlı kiçik detallar qalıb ki, onların da yaxın günlərdə öz həllini tapacağı vurğulanıb. Keçid baş tutsa, Almaniya millisinin üzvü yeni klubunda illik 6 milyon avro qazanacaq.
Qeyd edək ki, E. Canla "Bavariya" və PSJ də yaxından maraqlanır. (qol.az)