İngiltərə Premyer Liqasının 22-ci turu çərçivəsində keçirilən oyunda "Çelsi" "Tottenhem"i penaltidən vurulan yeganə qol sayəsində məğlub etdi.

Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, "Tottenhem"in çalışdırıcısı Joze Mourinyo rəqibin qələbəsinə kölgə salan açıqlama ilə gündəmə gəlib: "Çelsi"nin hədsiz qol imkanları oldu, bunu etiraf edirəm. İlk hssədə topa nəzarət etmədik deyə, qol epizodları yarada bilmədik. Oyunun taleyini penalti təyin etdi. Nəticədə "Çelsi" haqlı olmayan penalti sayəsində qələbə qazandı".

Qeyd edək ki, "Tottenhem" Mourinyonun baş məşqçiliyi dönəmində ilk dəfə ardıcıl 2 "ev" oyununda məğlub oldu.