Anxel Di Mariya PSJ-dən ayrıla bilər.

Offsideplus.az "Don Balon"a istinadən xəbər verir ki, argentinalının fransız klubu ilə müqaviləsinin başa çatması müştərilərinin sayını artırıb. 32 yaşlı futbolçunun PSJ ilə anlaşması bu ilin yayına qədərdir. Maurisio Poçettino Di Mariyanın xidmətinə ehtiyac duysa da, Joze Mourinyo amili təcrübəli yarımmüdafiəçinin iş yerini dəyişməsinə səbəb ola bilər. "Yuventus"un ardınca "Tottenhem"də PSJ-liyə "elçi düşüb"

.Morurinyo vaxtilə "Real"da rəhbərliyi altında oynadığı futbolçunu "Tottenhem"də görmək istəyir və yayda transferin baş tutması üçün rəhbərliyə tapşırıq verir. PSJ-də illik 18 miyon avro maaş alan Di Mariyanın İngiltərə klubu ilə maliyyə məsələsində razılaşacağı çətin görünür. Lakin ortada Joze Mourinyo amili var.

Qeyd edək ki, argentinalı məşhur cari Fransa çempionatında 15 oyunda əsas heyətdə yer almaqla 2 qol vurub, 3 qolun ötürməsini verib.