"Yuventus"un futbolçusu Sami Xedira "Everton"un baş məşqçisi ilə danışıqlar apardığını etiraf edib.

Offsideplus.az Goal-a istinadən xəbər verir ki, özünü Andrea Pirlonun siyahısında tapa bilməyən 33 yaşlı yarımmüdafəçi komandadan ayrılmağı düşünür. "Tottenhem"dən Joze Mourinyo"Everton"dan Karlo Ançelotti ilə müzakirələr aparan Xediranın bu iki klubdan birinə keçəcəyi gözlənilir. Alman futbolçu "Real Madrid"də çıxış edərkən bu iki mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Sami Xediranın "Yuventus"la müqaviləsi yanvar ayında başa çatır. Həm oyunçu, həm də klub tərəfi müqavilənin bitməsi ilə qarşılıqlı razılıq əldə ediblər.