Mövümün sonunda “Arsenal”dan ayrılacağını açıqlayan Arsen Vengerə təkliflər gəlməyə başlayıb.
Offsideplus.az xəbər verir ki, fransız mütəxəssis məşqçilik karyerasını başa vurmaq barədə düşünsə də, futbol sahəsində işini davam etdərəcək.
Təcrübəli çalışdırıcının yeni mövsümdən hansısa klubda idman direktoru kimi fəaliyyət göstərmək istədiyi söylənilir. Onun milli komandalardan birinə başçılıq edə biləcəyi də istisna olunmur.
Hətta Vengerin yenidən başqa bir klubda baş məşqçi işləməsi də mümkündür. Hazırda onunla 2 komanda yaxından maraqlanır. “Monako” və “Everton” rəhbərliyinin yaxın vaxtlarda fransız mütəxəssislə danışıqlara başlayacağı ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, 1996-cı ildən “Arsenal”ı çalışdıran Venger dünən verdiyi açıqlamada mövsümün sonunda London klubundan ayrılacağını deyib.