Mövsümün əvvəlində 62 milyon avro qarşılığında "Real"dan "Çelsi"yə transfer olan Alvaro Morata açıqlama verib.
Offsideplus.az xəbər verir ki, Morata "Real"da oynadığı dönəmdə "Tottenhem"lə transfer görüşməsi etdiyini deyib:
"Poçettino ilə görüşmüşdük. O, hücum xəttində mənimlə Harri Keyni oynatmaq istəyirdi. Mən də Keynlə birgə çıxış etmək istəyirdim. Mükəmməl futbolçudur və dünynaın ən yaxşılarından biridir. Ancaq həmin vaxt "Real"da qalmağı üstün tutdum".
Morata mükəmməl hücumçu olmadığını da sözlərinə əlavə edib:
"Daha çox qol vura bilərəm. Premyer Liqa və Çempionlar Liqasında daha çox qolvuraraq özümü inkişaf etdirməliyəm. Mükəmməl biri deyiləm və çalışmağa davam etməliyəm".
Morata bu mövsüm 26 oyuna 12 qol vurub və 4 assist edib.