"Mançester Siti" və Kevin De Brüyne yeni müqavilə üzrə danışıqlar aparır.
Offsideplus.az xəbər verir ki, idman jurnalisti Fabrizio Romano bunu təsdiqləyib. Klubun De Brüyneni qalmağa razı saldığı bildirilir. Yeni müqavilə qarşıdakı aylarda imzalanacaq.
Qeyd edək ki, 2015-ci ildən "Siti"də çıxış edən 29 yaşlı yarımmüdafiəçinin klubla anlaşması cari mövsümün sonu başa çatırdı. Kevin De Brüyne "şəhərlilər"də çıxış etdiyi 158 oyunda 37 qol vurub.