İngiltərə Premyer Liqası klubunun baş məşqçisi Yürqen Kloppu əvəz edə biləcək mütəxəssisin kimliyi bəlli olub.

Offsideplus.az Givemesport-a istinadən xəbər verir ki, Kloppun yerinə sabiq "Liverpul"lu Stiven Cerrard keçə bilər. Hazırda Şotlandiya təmsilçisi "Reyncers"də çalışan 40 yaşlı mütəxəssis klubda yaxşı iş görüb. Belə ki, liqa lideri olan "Reyncers" 14 oyundur ki, məğlubedilməzdir.

Qeyd edək ki, kluba gələndən bəri Yürqen Klopp Premyer Liqa, Çempionlar Liqası, UEFA Super Kuboku və FİFA Dünya Kubokunun qalibi olub.