"Mançester Yunayted"in sabiq futbolçusu Pol İns Poqba barədə açıqlamalar verib.

Offsideplus.az Ladbrokes-ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın keçmiş yarımmüdafiəçisi "Mançester Yunayted"in Pol Poqba üçün olmadığını bildirib:

"Poqbanı xoşlayıram. O dünnyanın ən klass oyunçularından biridir. Bunu "Yuventus"da da gördük. Lakin o "Mançester Yunayted"ə gələndən bəri problemdən başqa bir şey olmayıb".

"Əgər onunla birgə oynasaydım ona deyərdim ki, meydana çıx və oyununu oyna. Meydana çıx və performans sərgilə. Bir dəfə həmişə oynadığın kimi çıxış et, ondan sonra "Real"a keçməək barədə istəklərindən danış. Çünki indiki halda heç "Mançester Yunayted"də də olmalı deyilsən", - 53 yaşlı İns qeyd edib.