İngiltərə Premyer Liqası klubu Pol Poqba ilə yeni müqavilə barədə danışıqlara başlayacaq.

Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, "Mançester Yunayted" fransız futbolçusuna yeni razılaşma təklif etməyi düşünür. Yay transfer dönəmində Poqba ilə müqavilənin müddətini 2022-ci ilə qədər uzadan "qırmızı şeytanlar" oyunçusunu uzun müddət üçün heyətində saxlamağı planlaşdırır. Klubun 27 yaşlı yarımmüdafiəçisinin maaşında bir az artım edəcəyi də bildirilir.

Qeyd edək ki, Poqba ilə "Real Madrid""Barselona" klubları da maraqlanır. Katalon klubunun futbolçu ilə razılığa gəldiyi barədə məlumatlar var.