"Mançester Siti" klubu "Arsenal"la matç öncəsi ciddi itki ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Pep Qvardiola Kevin de Brüyne və Qabriel Sesusun 5-ci tur çərçivəsində qarşılaşacaqları "Arsenal"la oyunda iştirak etməyəcəyini açıqlayıb. Buna səbəb ingiltərəli futbolçunun zədələnməsidir. Təcrübəli mütəxəssis de Brüynenin zədəsinin çox da ciddi olmadığını və oyunçunun yoxluğunun nə vaxta qədər davam edəcəyini bilmədiyini deyib.

Xatırladaq ki, "Mançester Siti" - "Arsenal" matçı bu gün saat 20:30-da baş tutacaq.