"Mançester Siti"nin ulduz futbolçusu Kevin de Bruyne koronavirus səbəbindən yaranan sıx təqvimlərin futbolçuları zədələyəcəyindən narahatdır.
Offsideplus.az xəbər verir ki, pandemiya səbəbindən futbol təqvimləri çox sıx hala gəlib. Belə ki, futbolçular ötən mövsümlə nisbətdə bu dəfə daha çox oyun keçirirlər.
İngiltərə Premyer Liqası klubu "Mançester Siti" 2020-ci ilin sonuna qədər 3-4 gün fasilə ilə bir matç keçirməyi planlaşdırır. Bu isə komandanın üzvü Kevin de Bruyneni narahat edir.
Belçikalı ulduz verdiyi açıqlamalarda bu cür sıx təqvimlərin futbolçuların zədələnməsinə səbəb olacağından narahat olduğunu dilə gətirib.