Peşəkar Futbolçular Dərnəyi (PFA) İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün rəmzi komandasını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat verib. "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün ən yaxşısı seçilib.
Qapıçı: Nik Pope (“Bernli”);
Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil Van Dayk, Endi Robertson (hamısı “Liverpul”), Çağlar Söyüncü (“Lester”);
Yarımmüdafiəçilər: Corcdan Henderson (“Liverpul”), Kevin de Bruyne, David Silva (hər ikisi “Mançester Siti”);
Hücumçular: Sadio Mane (“Liverpul”), Ceymi Vardi (“Lester”), Pyer-Emerik Obameyanq (“Arsenal”).