“Lester Siti” klubunun futbolçusu Çağlar Söyüncü İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən üç oyunluq cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, türkiyəli üfutbolçu Premyer Liqanın son turunda “Bornmut”la oyunda etdiyi hərəkətə görə bu cəzanı alıb.
Gənc müdafiəçi rəqib oyunçu qoldan sonra topu qapıdan götürmək istəyərkən onu təpiklə vurub.
Buna görə də, futbolçu qırmızı vərəqə ilə meydandan qovulub.