"Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasının bərpası ilə bağlı danışıb.

Offsideplus.az xəbər verir ki, Venger Premyer Liqanın azarkeşlərsiz çox darıxdırıcı olacağını iddia edib:
"Məhz azarkeşlərin oyuna reaksiyası futbolu İngiltərədə xüsusi edir. İngiltərə, azarkeşlərin oyuna reaksiya verməsi baxımından ən yaxşı ölkədir. Ona görə, düşünürəm ki, azarkeşlərsiz Premyer Liqa ən maraqsız çempionat olacaq. Azarkeşlərsiz futbol əsl futbol deyil. Futbolda iki mühüm element var: Futbolçular və azarkeşlər. Əgər bu elementlərdən biri stadionda olmayacaqsa, onda hansı boşluğun yaranacağını təsəvvür edirsiniz?”.
Premyer Liqanın iyunun 17-də bərpa olunacağı gözlənilir.