"Arsenal” sabiq baş məşqçisi Arsen Vengeri komandaya qaytarmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Venger Mikel Artetanı əvəzləməyəcək. Klub rəhbərliyi hələlik ona hansı vəzifəni həvalə edəcəyini müəyyənləşdirməyib.
Ancaq plan belədir ki, Vengerin gəlişi ilə fan-klubların Mikel Artetanın ətrafında birləşməsini təmin etməkdir. 70 yaşlı Vengerin fanatlar arasında böyük nüfuzu var.
Rəhbərlik də məhz bu məqamdan istifadə edərək, klubda bütövlüyü təmin etməyi planlaşdırır. Venger "Arsenal”ı 2018-ci ildən tərk edib və o vaxtdan işsizdir.