Yayda “Arsenal”dan gedəcəyi gözlənilən Arsen Venger İngiltərənin bir başqa klubunu çalışdıra bilər.
Offsideplus.az xəbər verir ki, fransalı mütəxəssisin adı “Everton”la hallanır.
Sem Ellardaysın işindən narazı olan rəhbərlik mövsümün sonunda onunla yolları ayırmağı düşünür. Hazırkı baş məşqçinin yerinə ən real namizəd isə Venger hesab olunur.
Qeyd edək ki, “Arsenal” rəhbərliyi cari mövsümdəki uğursuzluqlara görə yayda Vengeri istefaya göndərmək istəyir.