"InStat”ın təhlilinə əsasən İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün rəmzi komandası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, "11-lik”də 4 klubun oyunçuları yer alıb.
"Mançester Siti" çempion olmasına baxmayaraq, simvolik komandada "Liverpul"lular çoxluq təşkil edir. Belə ki, "qırmızılar"ın 6 üzvü heyətə düşə bilib. Həmçinin "Mançester Siti", "Çelsi" və "Mançester Yunayted" də oyunçu ilə təmsil olunublar. Siyahıya oyunların yarıdan çoxunda iştirak edən futbolçuların adı salınıb.
Qapıçı: Allison Beker ("Liverpul")
Müdafiəçilər: Endryu Robertson, Vircil van Deyk, Joel Matip (hamısı "Liverpul"), Kayl Uolker ("Mançester Siti")
Yarımmüdafiəçilər: Fernandinyo ("Mançester Siti"), Pol Poqba ("Mançester Yunayted"), Eden Azar ("Çelsi")
Hücumçular: Məhəmməd Salah, Roberto Firmino (hər ikisi "Liverpul"), Serxio Aquero ("Mançester Siti")