Hazırda  icarə əsasında "Milan"da çıxış edən, müqavilə ilə  "Yuventus"a məxsus olan Qonzalo İquain "Çelsi"yə keçməyə yaxındır.

Offsideplus.az-ın "Sky Sport İtalia"ya istinadən yaydığı xəbərə görə, klublar arasında razılıq  əldə olunub. Razılığa əsasən, argentinlı hücumçu cari mövsümün sonuna kimi icarə əsasında London təmsilçisində oynayacaq. 

Qeyd edək ki, Q.İquain cari mövsüm A seriyasında 15 matçda 6 qol vurub, 1 qolun ötürməsini verib.