“Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı 115 maddə üzrə günahkar bilinərsə, klub üçün tarixi cəza tətbiq oluna bilər.

Offsideplus.az xəbər verir ki, “Siti”nin Premyer Liqada ən azı 40, maksimum 60 xalının silinməsi gündəmdədir. Bu sanksiya qüvvəyə minsə, Mançester təmsilçisi birbaşa aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzə qala bilər.

Bu hal reallaşarsa, İngiltərə futbol tarixində ən ağır maliyyə intizam cəzalarından biri kimi qeydə alınacaq. Premyer Liqa rəhbərliyinin yekun qərarı yaxın dövrdə açıqlanacaq.