“Tottenhem” rəhbərliyi komandanın gələcək baş məşqçisi ilə bağlı strategiyanı qiymətləndirir.
Offsideplus.az xəbər verir ki, London klubu hazırda daimi məşqçi təyin edib-etməmək və ya mövsümün sonuna qədər gözləmək məsələsini müzakirə edir.
İngiltərə mətbuatının məlumatına görə, “Spurs” rəhbərliyinin əsas namizədi Roberto De Zerbi hesab olunur. Klubun italiyalı mütəxəssislə artıq rəsmi əlaqə saxladığı və ilkin danışıqlar apardığı bildirilir. De Zerbi siyahıda Tomas Frankdan öncə yer alır.
Eyni zamanda, “Tottenham” üçün digər əsas alternativ Maurisio Poçettino olaraq qalır. Argentinalı məşqçinin kluba qayıdışına rəhbərlik daxilində ciddi dəstək olduğu vurğulanır.


