"Turan Tovuz" qış fasiləsindən sonra da iddialılar sırasında olmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, rəhbərlik və baş məşqçi Kurban Berdiyev arasında bu məsələ ilə bağlı görüş keçirilib. Mütəxəssis avrokubok hədəfin davam etməsi üçün komandaya ən azı 3, maksimum 5 yeni futbolçunun transfer etməyin lazım olduğunu bildirib.
Berdiyevin əsas istəyi sol cinah müdafiəçisi, pleymeyker və mərkəz hücumçusudur. Klub rəsmiləri indidən Türkiyə, Rusiya, Afrikadan bu mövqelərdə çıxış edən oyunçuların axtarışına başlayıb.
Baş məşqçi əsas transferlərdən əlavə də, oyunçuların axtarılmasını istəyib. Denis Marandicinin zədəsi ciddidir. Böyük ehtimal, müdafiəçi üçün mövsüm başa çatıb. Berdiyev onu əvəz edəcək başqa oyunçunun transfer edilməsini də rəhbərlikdən istəyib.
Bundan əlavə, "Turan Tovuz"da müdafiənin mərkəzində tez-tez boşluqlar hiss olunur. Mütəxəssis oyunçular arasında rəqabət yaratmaq üçün daha bir mərkəz müdafiəçisinin lazım olduğunu dilə gətirib.
Mütəxəssis bu heyətin avrokuboklara vəsiqə qazanmaq üçün yetərsiz, komandanın güclənməlidir olduğunu rəhbərliklə söhbətdə bildirib.
Qeyd edək ki, "Turan Tovuz" 17 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.