"Qarabağ" fevralın 18-də Çempionlar Liqasının keçid pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, bu oyun Ağdam təmsilçisinin ingilis klublarına qarşı 10-cu dueli olacaq.
"Qarabağ" artıq cari mövsüm 2 dəfə "dumanlı albion" təmsilçiləri ilə üz-üzə gəlib.
"Çelsi" ilə Bakıdakı oyunu heç-heçə başa çatıb - 2:2.
"Liverpul" qarşı matç isə 0:6 hesabı ilə yekunlaşıb.
"Zadəganlar" ilə oyunda əldə edilən heç-heçə "Qarabağ"ın ingilis təmsilçilərinə qarşı məğlub olmadığı yeganə matçdır.
Əvvəlki qarşılaşmalarda isə bu nəticələr qeydə alınıb:
2015/2016 mövsümü, UEFA Avropa Liqası (Qrup mərhələsi):
"Tottenhem" – "Qarabağ" 3:1
"Qarabağ" – "Tottenhem" 0:1
2017/2018 mövsümü, UEFA Çempionlar Liqası (Qrup mərhələsi):
"Çelsi" - "Qarabağ" 6:0
"Qarabağ" - "Çelsi" 0:4
2018/2019 mövsümü, UEFA Avropa Liqası (Qrup mərhələsi):
"Qarabağ" - "Arsenal" 0:3
"Arsenal" – "Qarabağ" 1:0
2024/2025 mövsümü, UEFA Avropa Liqası (Liqa mərhələsi):
"Tottenhem" - "Qarabağ" 3:0


