Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə 4 futbolçu bombardir tituluna sahib çıxıb.
Offsideplus.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bunlar Baqali Dabo və Stiven Monroz (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Emrelidir (“Qarabağ”). Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.
Dabo və Emreli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıb. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.
İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb.