Ötən həftə aldığı 1 250 000 manatlıq avtomobil ilə gündəmə gələn Sosial Media fenomeni Selin Ciğerci aylıq gəlirini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Tuzlaspor"da çıxış edən Gökhan Çıra ilə evlənən Ciğerci "Kanal D"də yayımlanan "2. Sayfa" verilişinə açıqlamasında sosial media reklamlarından aylıq 600.000 TL (150 min manat) qazandığını deyib: "1 ay sonra 1 milyon lirə (250 min manat) vergi ödəyəcəm. Mənə "oturduğun yerdə pul qazanırsan" deyirlər. Ancaq mən arı kimi işləyirəm, 72 nəfərə çörək verirəm".

1 MİLYON TL VERGİ ÖDEYECEĞİM

Qeyd edək ki, Selin Ciğerci son vaxtlar kosmetik markası ilə məşhurlaşıb. 

 

(Milliyyet)