Koronavirus növbəti dəfə "Beşiktaş" klubunu "vurub".

Offsideplus.az xəbər verir ki, daha öncə İstanbul təmsilçisində 8 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.

Klubun yaydığı son açıqlamada isə “qara qartallar"ın prezidenti Ahmet Nur Çebidə də koronavirus aşkarlandığı bildirilib.

Qeyd edək ki, “Beşiktaş”da daha öncə test nəticəsi müsbət çıxanlardan birinin futbolçu, ikisinin məşqçi, digərlərinin isə bazada çalışan şəxslər olduğu iddia edilir.