“Fənərbağça”da bu xəstəliyə tutulanların sayı 3-ə yüksəlib.
Offsideplus.az xəbər verir ki, klubun bazasında çalışan 2 nəfərdən sonra rəhbər heyətdə də 1 nəfərin testi müsbət nəticə verib. İdarə Heyəti üzvlərinin testdən keçirildikdən sonra xəstəliyə yoluxduğu aşkarlanan adı açıqlanmayan həmin şəxs evində karantinə alınıb.
Qeyd edək ki, Türkiyədə koronavirus pandemiyası səbəbindən dayandırılan Super Liqanın iyunun 12-də bərpa olunması qərara alınıb.