Niderland yığmasının baş məşqçisi Ronald Kuman səhhəti ilə bağlı məlumat verib.

Offsideplus.az xəbər verir ki, əməliyyat olunan 57 yaşlı mütəxəssis özünü yaxşı hiss etdiyini bildirib:

"Keçən həftəsonu mənim üçün yaxşı keçmədi. Amma həkimlər əllərindən gələni etdilər. Yenidən hazır olacağam"

Qeyd edək ki, təcrübəli baş məşqçi ürəyindəki narahatlıqlara görə əməliyyat edilmişdi.