ABŞ-ın MLS və USL klubları növbəti həftədən etibarən məşqləri bərpa etməyə qərar verib.

Offsideplus.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" klubu da hazırlıqları bərpa edəcək klublar arasındadır.

Komandalar mayın 11-dən etibarən bazalarında 4 nəfərlik qruplar şəklində hazırlaşa biləcəklər.

Məşq vaxtı meydançada komandanın məşqçilərindən və əməkdaşlarından yalnız bir nəfər yer ala biləcək.