Usman Dembelenin "Barselona"dakı taleyi bəlli oldu.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi fransalı futbolçu satmaq niyyətində deyil.
Baş məşqçi Kiki Setyen cinah hücumçusunu gələn mövsümdən əsas heyətdə oynatmaq istəyir. Bu qərardan sonra "Barselona" rəhbərliyi Dembeleni satmaq fikrindən daşınıb.
Qeyd edək ki, Fransa millisinin üzvünün 2022-ci ilə qədər "Barselona" ilə müqaviləsi var.