Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün AFFA tərəfindən üç səviyyədə - başlanğıc, orta və üst - idman poqramı hazırlanıb.
Offsideplus.az xəbər verir ki, başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün hazırlanıb. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündür. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2 dəfə, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim edilən qaydalar və göstərişlərə riayət edin”.