“Sabah” klubu cənubi afrikalı Vinsent Pule ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi “Orlando Pirates” klubunda forma geyinən 28 yaşlı hücumçunu transfer siyahısına daxil edib.

"Citizen" nəşri “Sabah”ın digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərdiyini və futbolçularını izlədiyini yazıb. Nəşr həmçinin  “Orlando Pireates”in rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyinin bəlli olmadığını qeyd edib.

Qeyd edək ki, Vinsent Pule ölkəsində "Orlando Pirates"lə yanaşı, "Afrikan Varriors" və "Vidvest Vits" komandalarının da şərəfini qoruyub.