"Qalatasaray"da Yuko Naqatomo, Mariano, Selçuk İnan və Rayan Donkun taleyi yaxın günlərdə bəlli olacaq.
Offsideplus.az xəbər verir ki, yaponiyalı və braziliyalı futbolçu ilə yollar ayırılacaq. İnan isə məqçilər heyətinə qatılacaq. Baş məşqçi Fatih Terim təcrübəli futbolçunun "Qalatasaray"dan ayrılmasını istəmir. 35 yaşlı oyunçu Terimin köməkçisi olacaq.
Rayan Donk isə heyətdə qalacaq. Rəhbərlik niderlandlı ilə yeni müqavilə imzalayacaq.