İtaliya Futbol Federasiyası koronavirusa görə dayandırılan A Seriyasını tamamlamaq istəyir.

Offsideplus.az xəbər verir ki,  Federasiyanın prezidenti Qabriel Qarvina variantlardan birinin A Seriyasının 2020/2021 mövsümünü 5 ay içində bitirmək olduğunu deyib.

İki və daha çox qrup yaratmaq və ardından komandaların "pley-off"da üz-üzə gəlməsi də təklif olunan variantlardandır:

"Digər Avropa liqaları ilə birlikdə irəliləyəcəyik. İyunun əvvəlində oynamaq icazəsi verilsə, iyulun sonunda bitirəcəyik. Ancaq sentyabr ayında icazə verilərsə, oktyabrda çempionatı bitirib, yeni mövsümə yanvarda başçlayacağıq".

Xatırladaq ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb.