Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Azərbaycan Premyer Liqası bu gün bərpa olunmalı idi.
Peşəkar Futbol Liqasından Offsideplus.az-a verilən məlumata görə, fasilə azı karantin müddəti bitənə qədər çəkəcək. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin müddətini artırsa, çempionatın bərpa müddəti də yubanacaq.
Qeyd edək ki, karantin müddəti aprelin 20-si başa çatacaq. Virusa yoluxma sayına əsasən, bu müddətin artırılması istisna edilmir.