Koronavirus səbəbindən dayandırılan İngiltərə Premyer Liqasında "Liverpul"un çempionluq məsələsi müzakirə olunmağa davam edir.

 Offsideplus.az xəbər verir ki, hazırda ən yaxın izləyicisini 25 xal qabaqlayan "Liverpul" çempionat davam etdiriləcəyi təqdirdə, 30 illik Premyer Liqa kuboku həsrəti sona yetə bilər.

Sosial məsafə qaydasının aktual olduğu zamanda "Liverpul"un qazanacağı çempionluğu azarkeşsiz qeyd etmək məsələsi gündəmə gəlib.

Premyer Liqada mövsüm bir şəkildə davam edərsə və Liverpul çempion olarsa, bunu qapalı qapılar ardında qeyd etmək məcburiyyətində qalacaq.

Daha əvvəl heç bir Premyer Liqa oyunu azarkeşsiz oynanmasa da, hazırda əsas müzakirə olunan variant oyunların azarkeşsiz keçirilməsidir.

Bu halda, çempion olan komanda, böyük ehtimalla, "Liverpul" çempionluğu azarkeşsiz qeyd edən ilk Premyer Liqa klubu olacaq.